Özbəkistan şahmatçısı sürətli şahmat üzrə ən gənc dünya çempionu olub
17 yaşlı Özbəkistan qrosmeysteri Nadirbek Abdusattarov Varşavada sürətli şahmat üzrə keçirilən dünya çempionatında dünya şahmat tarixində bu növ üzrə ən gənc çempion olub.

Nadirbek Abdusattarov Rusiya şahmatçısı Yan Nepomnyaşiyə qalib gələrək dünya şahmat tarixində bu növ üzrə ən gənc şahmatçı adını qazanıb.

Məlumatda bildirilir ki, Rusiya şahmatçısı ilə görüşdə birinci partiya heç-heçə qurtarıb. İkinci partiyada Nadirbek Abdusattarov Yan Nepomnyaşiyə 1,5-0,5 hesabı ilə qalib gələrək bu titula sahib olub.

Xəbər 494 dəfə oxundu.