“Liverpul”un futbolçusu Məhəmməd Salahın uğurlu penaltilər seriyası qırılıb
No“Liverpul”un futbolçusu Məhəmməd Salahın uğurlu penaltilər seriyası qırılıb.

Hücumçu İngiltərə Premyer Liqası çərçivəsində “Lester”lə görüşdə (0:1) 11 metrlik nöqtədən fərqlənə bilməyib. Bu oyunadək Salah ardıcıl 15 penaltini qola çevirib. “Lester” ilə görüşdəki xəta M.Salahın Premyer Liqa karyerasında vurulmayan ikinci penaltisidir. O, ilk dəfə 2017-ci ilin oktyabrında “Haddersfild”lə görüşdə belə imkanı qaçırıb.

Qeyd edək ki, “Liverpul” bu məğlubiyyətdən sonra Premyer Liqanın lideri “Mançester Siti”dən 6 xal geri qalır.

Xəbər 451 dəfə oxundu.