Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplanışına qatılacaq
Qadın cüdoçulardan ibarət Azərbaycan millisi beynəlxalq təlim-məşq toplanışına qatılacaq.

Hazırlıq prosesi 8 - 15 yanvarda Türkiyənin Antalya şəhərində gerçəkləşəcək.

Toplanış 2022-ci ildəki yarışlara hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, yığma Bakıdakı "Atilla" idman klubunda təlim-məşq toplanışı bu gün başa vuracaq.


Xəbər 447 dəfə oxundu.