Növbəti iddiaçılar turniri Madriddə keçiriləcək
Dünya şahmat tacı uğrunda növbəti görüşün iştirakçısını müəyyən edəcək iddiaçılar turniri 2022-ci il iyunun 16-dan iyulun 7-dək Madriddə keçiriləcək.

Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti məlumat yayıb.

Hazırda altı qrossmeyster namizədlər turnirinə vəsiqə qazanıb. Belə ki, bu siyahıda Azərbaycan təmsilçisi Teymur Rəcəbovla yanaşı, rusiyalılar Serqey Karyakin və Yan Nepomnyaşi, ABŞ təmsilçisi Fabiano Karuana, polşalı Yan Kşiştof Duda, Fransa təmsilçisi Alireza Firuzca yer alıblar. Son iki iştirakçı Qran-Prinin nəticələrinə görə müəyyənləşəcək.

Xəbər 832 dəfə oxundu.