Cüdoçularımız Türkiyədə beynəlxalq turnirdə uğurla çıxış ediblər
Türkiyədə “Yunus Emre”nin xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnir keçirilib.

“Təhsil” Respublika İdman Mərkəzinin idmançıları beynəlxalq turnirdə yüksək nailiyyət əldə ediblər. Belə ki, turnirdə iştirak edən təmsilçilərimiz Ayxan Ələkbərov (50 kq), Əli Əhmədov (60 kq), Ələkbər Zeynallı (55 kq), Mehman Əsgərov (46 kq), Murad Novruzov (+55 kq), Nazim Kamilov (42 kq), Fərid İbişli (34 kq), Ağabala Bağırov (73 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Əhməd Əhmədov (66 kq), Anar Quliyev (42 kq), Vaqif Əsgərov (46 kq) ikinci, Hüseyn Quliyev (55 kq), Vasif Səfərov (50 kq), Şahin Zeynalov (60 kq), Əli Hümbətov (55 kq) və Fərid Seyidov (34 kq) üçüncü yeri tutublar.

Turnirdə 4 ölkədən 470 idmançı iştirak edib

Xəbər 430 dəfə oxundu.