İki klub Fransa kuboku yarışından kənarlaşdırılıb
Fransa Futbol Federasiyasının İntizam Komitəsi “Paris” və “Olimpik” (Lion) komandaları arasında yarımçıq dayandırılmış ölkə kuboku yarışının 1/32 final mərhələsinin oyunu barədə qərarını açıqlayıb.

Hər iki komanda texniki məğlubiyyət alaraq, kubok yarışından kənarlaşdırılıb. Bu səbəbdən “Nitsa” birbaşa 1/8 finala vəsiqə qazanıb.

Xatırladaq ki, “Paris” – “Olimpik” matçı azarkeşlər arasında kütləvi dava səbəbindən yarımçıq dayandırılmışdı. Baş verənlərlə əlaqədar Lion təmsilçisi 52 min avro cərimələnib, azarkeşlərin cari mövsümün sonunadək komandanın səfər oyunlarında iştirakına qadağa qoyulub. “Paris” klubu isə 10 min avro cərimələnib. Aşağı liqa təmsilçisi qarşıdakı 5 ev oyununu doğma “Şarleti” stadionunda keçirə bilməyəcək.

Xəbər 406 dəfə oxundu.