“Kicker” nəşri Robert Levandovskini mükafatlandırıb
Almaniyanın “Kicker” nəşri “Bayern”in hücumçusu Robert Levandovskini mükafatlandırıb.

Nəşrin sorğusu əsasında, polşalı futbolçu Almaniyada 2021-ci ilin futbolçusu seçilib.

Levandovski bu mükafatı qazanan 9-cu “Bayern” futbolçusu olub.

Ötən il bu mükafata “Bayern”in keçmiş baş məşqçisi Hans-Diter Flik layiq görülmüşdü.

Xəbər 353 dəfə oxundu.