Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo xüsusi mükafata layiq görülüb
Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo “Globe Soccer Awards” versiyası üzrə mükafata sahib olub.

“Barselona” və “Milan”ın sabiq oyunçusu Dubayda təşkil olunan mərasimdə “Möhtəşəm karyera” nominasiyası üzrə təsis edilən xüsusi mükafata layiq görülüb.

Xatırladaq ki, karyerasını 2018-ci ildə bitirən Ronaldinyonun sonuncu komandası Braziliyanın “Fluminense” klubu olub. Sabiq futbolçu 2002-ci ildə dünya çempionu adına və üç il sonra isə “Qızıl top” mükafatına sahib olub.

Xəbər 385 dəfə oxundu.