Yeniyetmə qılıncoynadanlarımız təmiz idman üçün həmrəylik nümayiş etdiriblər
Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yeniyetmələr arasında qılıncoynatma üzrə ölkə birinciliyində təmiz idman dəyərləri təbliğ olunub.

Qılıncoynadanlarımız Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) stendinin önündə təmiz idmana dəstək şüarlarını səsləndirməklə yanaşı, həm də Ümumdünya Antidopinq Agentliyinin antidopinq biliyi testinə böyük maraq göstəriblər.

İdmançıların bir çoxu “Ipad” üzərindən test suallarını düzgün cavablandıraraq AMADA-nın xatirə suvenirlərini hədiyyə olaraq qazanıblar.

Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbərliyi əməkdaşlığa görə AMADA-ya təşəkkürünü bildirib.

Xəbər 377 dəfə oxundu.