Azərbaycan şahmatçıları Tunisdə beynəlxalq turnirdə mübarizəni davam etdirirlər
Tunisdə şahmat üzrə beynəlxalq turnir davam edir.

Yarışda Azərbaycanın 3 şahmatçısı mübarizə aparır.

Şahmatçılarımızdan Misrətdin İsgəndərov 6 turdan 5 xal toplayıb. O, bu nəticə ilə liderdən yarım xal geri qalaraq 2-7-ci yerləri bölüşür. Digər təmsilçilərimiz Nərmin Kazımova və Ülviyyə Fətəliyeva 4 xalla 17-35-ci pillədə qərarlaşıblar.

Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Xəbər 342 dəfə oxundu.