Dünya çempionatı: Şahmatçılarımız rapid yarışının sonuncu turlarında mübarizə aparacaqlar
Varşavada blits və rapid üzrə dünya çempionatı davam edir.

Çempionatın rapid yarışının sonuncu günündə - dekabrın 28-də kişi şahmatçılar 10-13-cü, qadınlar isə 9-11-ci turlarda mübarizə aparacaqlar.

Rapid turnirinin əvvəlki iki günündə 9 turda mübarizə aparan qadın şahmatçılarımızdan ən yaxşı nəticəni Gülnar Məmmədova göstərib. Belə ki, doqquz turdan 6 xal toplayan şahmatçımız liderdən yarım xal geri qalaraq 2-7-ci yerləri bölüşür. Xanım Balacayeva 5, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova 4,5, Gövhər Beydullayeva 4 xal toplayıblar.

Kişi şahmatçılarımızdan Şəhriyar Məmmədyarov 9 turdan 5,5, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə hərəyə 5, Rauf Məmmədov, Vasif Durarbəyli isə 3,5 xal əldə ediblər.

Dekabrın 30-dək davam edəcək dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.

Qeyd edək ki, son dünya çempionatında - 2019-cu ildə Moskvada keçirilən analoji yarışda kişilər arasında Maqnus Karlsen həm rapid, həm də blits üzrə yarışların qalibi olub. Qadınların yarışında isə Hindistan şahmatçısı Humpu Koneru rapid, rusiyalı Katerina Laqno isə blits üzrə dünya çempionatının qalibi adını qazanıblar.

Xəbər 317 dəfə oxundu.