Yunan-Roma güləşçilərimiz beynəlxalq turnirdə uğurla çıxış ediblər
Türkiyənin İğdır şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

Yarışda ölkəmizi “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) idmançıları təmsil ediblər.

Dörd yaş kateqoriyası üzrə 110 idmançının qatıldığı turnirdə güləşçilərimizdən 2010-2011-ci il təvəllüdlülər arasında mübarizə aparan İbrahim Məhərrəmli (34 kq) və Əli Nəsirli (38 kq) birinci yeri tutublar. Həmin yaş qrupunda Davud İslamlı (26 kq), Mirəkbər Abdullazadə (34 kq) bürünc medal qazanıblar.

2008-2009-cu il təvəllüdlü idmançılar arasında Cahid Quliyev (38 kq), İsaxan Şirinov (45 kq) gümüş, İsmayıl Rzayev (29 kq), Yusif Niftullayev (48 kq) bürünc medala sahib olublar.

Elman Həmidov (41 kq) 2006-2007-ci il təvəllüdlü idmançılar arasında ikinci, Sahib Səlimov (45 kq) və Mehdi Babayev (65 kq) üçüncü yeri tutublar.

Turnirdə 11 medal əldə edən komandamız ümumi hesabda 3-cü olub.

Qaliblər diplom və medallarla təltif edilib.

Xəbər 344 dəfə oxundu.