IFFHS: 2021-ci ildə bir oyunda ən çox qol vuran futbolçuların adları açıqlanıb
2021-ci ildə bir oyunda ən çox qol vuran futbolçuların adları açıqlanıb.

Siyahının ilk pilləsində Estoniyanın "Payde" klubunda çıxış edən Henri Anier qərarlaşıb. Otuz bir yaşlı hücumçu “Flora-2”ni 14:0 hesabı ilə məğlub etdikləri ölkə kuboku matçında rəqib qapısından 8 top keçirib.

İkinci sırada Macarıstanın "Ferentsvaroş" klubunda çıxış edən Mirto Uzuni yer alıb. İyirmi altı yaşlı albaniyalı vinger kubokda “Hatvan”a 9:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada 6 qol vurub.

Siyahıdakı 5 futbolçu - Ceymi Maklaren (“Melbrun Siti”, Avstraliya), Yuya Osaka (Yaponiya millisi), Luis Tumey (“Lover Hutt Siti”, Yeni Zelandiya), Maykl Frey (“Standart”, Belçika) və Maykl Olunqa (“Al-Duhail”, Qatar) bir görüşdə 6 qol vurub və növbəti sıralarda yer alıb.

Xəbər 329 dəfə oxundu.