“Marsel” – “Qarabağ” oyununa məhdud sayda azarkeş buraxıla bilər
Fransada “Marsel” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununa məhdud sayda azarkeş buraxıla bilər.

Bu, Fransa hökumətinin 2022-ci il yanvarın 3-dən idman tədbirlərində azarkeş sayına tətbiq edəcəyi məhdudiyyətlərlə əlaqədardır.

Qərara əsasən, qapalı məkanlarda 2 min nəfərdən, açıq havada isə 5 min nəfərdən çox tamaşaçı iştirak edə bilməz. Məhdudiyyətlərin qüvvədə olma müddəti barədə məlumat verilmir.

Qeyd edək ki, “Marsel”-“Qarabağ” oyunu fevralın 17-də “Velodrom” stadionunda keçiriləcək. Cavab görüşü isə fevralın 24-də Bakıda təşkil ediləcək.

Xəbər 301 dəfə oxundu.