Şahmat üzrə dünya çempionatı: Gülnar Məmmədova 2-7-ci yerləri bölüşür
Varşavada blits və rapid üzrə dünya çempionatı start götürüb.

Rapid yarışının ikinci günündə qadın şahmatçılar 5-8-ci, kişilər isə 6-9-cu turlarda mübarizə aparıblar. Təmsilçilərimizdən ən yüksək nəticəni Gülnar Məmmədova göstərib. Belə ki, səkkiz turdan 6 xal toplayan şahmatçımız liderdən yarım xal geri qalaraq 2-7-ci yerləri bölüşür. Xanım Balacayeva 5, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova 4,5, Gövhər Beydullayeva 4 xal toplayıblar.

Kişilərin yarışında isə şahmatçımız Şəhriyar Məmmədyarov 9 turdan 5,5 topalyaraq 33-cü sırada qərarlaşıb. Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə hərəyə 5 xal, Rauf Məmmədov, Vasif Durarbəyli isə 3,5 xal əldə ediblər.

Dekabrın 30-dək davam edəcək dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.

Xəbər 283 dəfə oxundu.