“Neftçi” - APOEL - 1:1

Avqustun 23-də Bakıda “Neftçi” və Kiprin APOEL futbol komandaları arasında futbol üzrə Avropa Liqası yarışlarının pley-off mərhələsinin ilk görüşü olub. Oyun “Dalğa Arena” stadionunda keçirilmişdir. Matçı polşalı hakim Robert Malek idarə edib

“Neftçi”nin heyətində meydançaya Saşa Stamenkoviç, İqor Mitreski, Bruno Bertuççi, Mahir Şükürov, Elvin Yunuszadə, Rəşad Sadiqov, Flavinyo, Julius Vobay, Erik Ramos, Cavid İmamverdiyev (Mirhüseyn Seyidov, 65-ci dəq.), Nikolas Kanales çıxıblar.

APOEL-in heyətində isə Dionisis Xiotis, Arits Borda, Mariu Serjiu, Fransişku Zuela, Elder Souza (Səlim Ben Aşur, 46-cı dəq.), Konstantinos Xaralambidis (Aldo Adorno, 58-ci dəq.), Hektarios Aleksandru, Eliu Pintu, Nunu Moraiş, Efstatios Aloneftis, Mario Budimir oynayıblar.

Oyun meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Lakin birinci hissədə rəqiblərin heç biri fərqlənə bilməyib. İkinci hissənin 82-ci dəqiqəsində Mahir Şükürov onbirmetrlik zərbə ilə komandasını irəli çıxarıb -1:0. Bir dəqiqə sonra qonaqların oyunçusu Ben Aşur “Neftçi”nin qapısından keçirdiyi topla bərabərliyi təmin edib-1:1.

Cavab matçı bir həftə sonra Kiprdə oynanılacaq.

Xəbər 1010 dəfə oxundu.