Robert Levandovski ilin futbolçusu seçilib
Almaniyanın “Bavariya” klubunun polşalı forvardı Robert Levandovski ilin futbolçusu seçilib.

Polşalı futbolçu bu ada “The Guardian” nəşri tərəfindən layiq görülüb. Otuz üç yaşlı forvard ardıcıl ikinci dəfə eyni nominasiyanın qalibi olub. Cari mövsümdə Almaniya Bundesliqasında 17 matçda meydana çıxan futbolçu 19 qola imza atıb.

2023-ü ilədək “Bavariya” ilə müqaviləsi olan polşalı forvadın transfer qiyməti 50 milyon avro dəyərləndirilir.

Xatırladaq ki, 2021-ci ilin “Qızıl top” mükafatını qazanan “Paris Sen-Jermen” klubunun argentinalı futbolçusu Lionel Messi isə bu nominasiyada ikinci yeri tutub. İngiltərənin “Liverpul” klubunun misirli forvardı Məhəmməd Salah üçüncü, fransalı hücumçu Kərim Benzema (“Real Madrid”) dördüncü, italiyalı Jorjinyo (“Çelsi”) isə beşinci olub.

Xəbər 308 dəfə oxundu.