Fransada keçiriləcək ikinci Avtoidman Oyunlarının proqramına 18 müxtəlif yürüş seriyası daxil ediləcək
Gələn ilin payızında Fransada ikinci Avtoidman Oyunları keçiriləcək.

Oyunların proqramına 18 müxtəlif yürüş seriyası daxil ediləcək.

Oyunların əvvəlcə 2020-ci il oktyabrın 23-dən 25-dək Marsel şəhərindəki Pol-Rikar trasında keçirilməsi nəzərdə tutulsa da, həmin vaxt yarış koronavirus pandemiyasına görə təxirə salınmışdı.
İlk Avtoidman Oyunlarına 2019-cu ilin noyabrında İtaliya ev sahibliyi edib. Romanın yaxınlığındakı Vallelunqa trasında baş tutan yarışlarda Rusiya komanda hesabında birinci olub.

Xəbər 459 dəfə oxundu.