“Real Madrid” klubunun rəhbərliyi növbəti il üçün heyətlə bağlı qərarını verib
İspaniyanın “Real Madrid” futbol klubunun rəhbərliyi növbəti il üçün heyətlə bağlı qərarını verib.

Qaret Beyl və İsko ilə yollarını ayırmaq qərarına gələn klub rəhbərliyi Eden Hazar, Mariano Dias və Luka Yoviçlə danışıqlar aparmaq niyyətindədir.

Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, “Real Madrid”in yanvarda açılacaq transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb etmək imkanı yoxdur. Bu səbəbdən klub yeni oyunçu almağı 2022-ci ilin yayına planlaşdırır.

Xəbər 305 dəfə oxundu.