“Xəzər Lənkəran” Kislovodskda 2 oyun keçirəcək
Dünən istirahətə buraxılan “Xəzər Lənkəran” avqustun 27-də toplaşacaq. Lənkəran klubu ayın 28 və ya 29-da təlim-məşq toplanışı keçmək üçün Rusiyanın Kislovodsk şəhərinə yola düşəcək.

“Xəzər Lənkəran” bu şəhərdə 12 gün hazırlıq keçəcək. Bu müddətdə Yunis Hüseynov yetirmələrini iki yoxlama oyununda sınayacaq. Rəqiblərin kimliyi hələ dəqiqləşməsə də, “Xəzər Lənkəran” “Terek”, “Kuban” və “Rostov” kimi Premyer Liqa klubları ilə qarşılaşa bilər.

Xəbər 1043 dəfə oxundu.