Şahmatçımız Tunisdə beynəlxalq turnirdə liderlər qrupunda mübarizəni davam etdirir
Tunisdə şahmat üzrə beynəlxalq turnir keçirilir.

Yarışda Azərbaycanı 3 şahmatçı təmsil edir. Şahmatçılarımızdan Misrətdin İsgəndərov 4 turdan 3,5 xal toplayaraq liderlər qrupunda qərarlaşıb. Digər təmsilçilərimiz Nərmin Kazımova və Ülviyyə Fətəliyeva 3 xalla 12-33-cü yerləri bölüşürlər.

Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Xəbər 299 dəfə oxundu.