“Qarabağ” Rumıniya, Polşa, Serbiya və Slovakiya klubları ilə yoxlama oyunları keçirəcək
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən Ağdamın “Qarabağ” klubunun qış hazırlıq planı müəyyənləşib.

Komanda yanvarın 5-də Bakıda məşqləri bərpa edəcək. Hazırlığın ikinci mərhələsi Antalyada olacaq.

Yanvarın 12-də Türkiyəyə yollanacaq komandanın 5 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Ağdam təmsilçisi yanvarın 14-də “Qaz Metan” (Rumıniya), yanvarın 21-də "Şlyonsk Vroçlav" (Polşa), ayın 25-də isə “Visla Krakov” (Polşa) klubları ilə qarşılaşacaq.

Yanvarın 21-də və 25-də daha iki oyun keçiriləcək. Komanda səhər saatlarında Serbiyanın “Batska Topola” və Slovakiyanın “Tatran” klubları ilə üz-üzə gələcək. Bu iki oyunda əsasən, gənc futbolçulara şans veriləcək.

"Qarabağ"ın Antalya toplanışı yanvarın 26-da başa çatacaq.

Xəbər 344 dəfə oxundu.