Serbiyalı tennisçi Novak Cokoviç dördüncü dəfə Avropanın ən yaxşı idmançısı olub
Dünyanın bir nömrəli raketka ustası serbiyalı Novak Cokoviç 2021-ci ilin yekunlarına görə Avropanın ən yaxşı idmançısı seçilib.

Cokoviç bu ada Polşa Mətbuat Agentliyinin (PAP) keçirdiyi sorğu əsasında layiq görülüb. Üç dəfə bu ada layiq görülən serbiyalı raketka ustası 27 informasiya agentliyi arasında keçirilən sorğuda 172 xal toplamaqla birinci olub. Sorğu zamanı Cokoviçin 2021-ci ildə “Australian Open”, “Rolan Qarros” və “Uimbldon” kimi turnirlərdə qələbə qazanması nəzərə alınıb.

Xatırladaq ki, həmin sorğuda Polşa yığmasının və Almaniyanın “Bavariya” klubunun forvardı Robert Levandovski 133 xalla ikinci, Formula-1 üzrə ilk dəfə dünya çempionu adını qazanan Maks Ferstappen (“Red Bull Racing”) isə 125 xalla üçüncü yeri tutub.

Xəbər 536 dəfə oxundu.