Futzal üzrə Azərbaycan millisi beynəlxalq reytinq siyahısında 14-cü pillədə qərarlaşıb
Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Azərbaycan yığması 1391 xalla 14-cü pillədə qərarlaşıb.

Baş məşqçi Joze Alesionun yetirmələri siyahıda 1 pillə geriləyib. Komandamız Mərakeşi özündən qabağa buraxıb.

Qeyd edək ki, cədvəlin ilk üç pilləsində İspaniya (1791), Braziliya (1780) və Argentina (1741) yığmaları qərarlaşıblar.

Xəbər 422 dəfə oxundu.