Yeniyetmə qılıncoynadanlar arasında Azərbaycan birinciliyinə yekun vurulub
Azərbaycan Texniki Universitetinin İdman Sarayında 2005-2009-cu il təvəllüdlü qılıncoynadanlar arasında keçirilən sablya, rapira və şpaqa üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən çempionatda oğlanların sablya yarışında Ayxan Xasıyev, qızların mübarizəsində isə Zərifə Hüseynova birinci olublar.

Rapira yarışında Məhəmməd Nuriyev, Ameliya Məmmədova, şpaqada isə Səid Əliyev və Alfiyə Abdinova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xəbər 374 dəfə oxundu.