Azərbaycan millisinin sabiq futbolçusu Ukrayna klubundan ayrılıb
Azərbaycan millisinin sabiq futbolçusu Pavel Paşayev Ukraynanın "VPK-Arqo" klubundan ayrılıb.

33 yaşlı müdafiəçi mövsümün sonunadək Birinci liqa təmsilçisində qalmaq təklifini geri çevirib.

P.Paşayevin karyerasını Ukraynadan kənarda davam etdirmək istədiyi bildirilib.

Qeyd edək ki, futbolçu "VPK-Arqo"ya sentyabrda keçib. O, daha əvvəl "Aleksandriya"nın formasını geyinib. Müdafiəçi 2015-2020-ci illərdə Azərbaycan millisinə dəvət alıb.

Xəbər 331 dəfə oxundu.