"Qarabağ"ın keçmiş futbolçusuna fəxri vətəndaşlıq verilib
Türkiyənin "Sivasspor" klubunda çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike ABŞ-ın Vircin adalarında yerləşən Santa Kruzun fəxri vətəndaşı olacaq.

31 yaşlı vinger tezliklə keçmiş müşavir Paulo Xuka ilə birlikdə bu ada layiq görüləcək.

Müşavirlər Palatası hər iki şəxsə bu titulun verilməsi barədə qərar çıxarıb. Bunu Pedronun müəllimi Kleber Pereyra təklif edib. Oyunçu Novo Hamburqda anadan olsa da, Pinyeyralda əmi, baba və nənələri böyüdüb.

Qeyd edək ki, 2017/2018 mövsümündə icarə əsasında "Qarabağ"ın formasını geyinmiş Pedro Enrike iyulun 17-də Sivas təmsilçisi ilə müqavilə imzalayıb. O, hazırda "İnternasyonal"a keçmək üçün danışıqlar aparır. Enrike "Qarabağ"ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunun müəllifidir. O, 2017-ci il sentyabrın 28-də Bakı Olimpiya Stadionunda İtaliya "Roma"sına 1:2 hesabı ilə uduzduqları görüşdə fərqlənib.

Xəbər 321 dəfə oxundu.