Əvəzedici heyətlərin Azərbaycan çempionatında IV turun oyunlarına təyinatlar açıqlanıb
Əvəzedici heyətlərin Azərbaycan çempionatında IV turun oyunlarına təyinatlar açıqlanıb. “Qarabağ” – “Rəvan” oyunu qadınlara tapşırılıb.

Belə ki, qavrşılaşmanı Venera Kahriç idarə edəcək. Ona Gülyana Güvəndiyeva və Yuliya Larionova yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Nail Nəcəfov yerinə yetirəcək.

Sabiq FİFA referisi Anar Niyazov “Turan” – “İnter” oyununda fit çalacaq. Premyer Liqanın cəzalı hakimlərindən olan Elnur Muradov “Bakı” – “Kəpəz” qarşılaşmasında ədaləti qoruyacaq. Ona qadın hakimlər – Ülviyyə Mustafayeva və Maya Nəbiyeva yardım edəcək. Bu oyunun dördüncü hakimi də Nail Nağıyev olacaq.

23 avqust
Qarabağ – Rəvan
Hakimlər: Venera Kahriç, Gülyana Güvəndiyeva, Yuliya Larionova, Nail Nəcəfov.
Hakim-inspektor: İrina İsgəndərova.
Zirə idman kompleksinin stadionu. Saat 18.00.

24 avqust
Xəzər Lənkəran – Simurq
Hakimlər: Camaləddin Hacıyev, Rahin Heybətov, Mahir Alferinov, Şahin İsayev.
Hakim-inspektor: Aydın Gözəlov.
Lənkəran Səhər Stadionu, ehtiyat meydança. Saat 18.00.

Turan – İnter
Hakimlər: Anar Niyazov, Şakir Quliyev, Mirzə Fərzəliyev, Taleh Məmmədov.
Hakim-inspektor: Rafiq Məmmədov.
Tovuz Olimpiya Kompleksinin stadionu. Saat 18.00.

25 avqust
AZAL – Neftçi
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Rəvan Həmzəzadə, Səbuhi Sultanov.
Hakim-inspektor: Əlibala Ələsgərov.
“AZAL Arena”. Saat 17.00.

Bakı – Kəpəz
Hakimlər: Elnur Muradov, Ülviyyə Mustafayeva, Maya Nəbiyeva, Nail Nağıyev.
Hakim-inspektor: Rauf Hüseynli.
“Bakı”nın təlim-məşq bazasının stadionu. Saat 18.00.

Qəbələ – Sumqayıt
Hakimlər: Fərid Məmmədov, Qəzənfər Məmmədov, Rəşad Abbasov, Ziya Nəsirov.
Hakim-inspektor: Eldar Qasımov.
Qəbələ şəhər stadionu, ehtiyat meydança. Saat 18.00.

Xəbər 973 dəfə oxundu.