Dünyanın ən zəngin futbolçusunun yeni klubu bəlli olub
Dünyanın ən zəngin futbolçusunun yeni klubu bəlli olubFaik Bolkiax
Bruneyli futbolçu Faik Bolkiaxın yeni klubu bəlli olub.

23 yaşlı yarımmüdafiəçi Tayland təmsilçisi "Çonburi"yə keçib.

KİV Bolkiaxı dünyanın ən zəngin futbolçusu hesab edir. O, Bruney sultanı Hassanal Bolkiaxın qardaşı oğludur. Ailənin ümumi sərvəti 20 milyard ABŞ dollarıdır. Bu, sonda məhz sözügedən futbolçuya miras qalacaq.

Yarımmüdafiəçi daha əvvəl İngiltərənin "Çelsi", "Lester" və "Sautgempton" klublarının aşağı yaş qruplarından ibarət komandalarında oynayıb.

"Report"

Xəbər 372 dəfə oxundu.