Finlandiya millisinin kapitanı karyerasını bitirib
Finlandiya milli komandasının və HIK klubunun futbolçusu Tim Sparv karyerasını bitirib.

Bu barədə 34 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. O, futbolçu karyerasını bitirdiyini bildirib.

Sparv karyerası ərzində İsveçdə “Halmstad”, Niderlandda “Qroningen”, Almaniyada “Qroyter”, Danimarkada “Midtyulland” və Yunanıstanda “AE Larisa” klublarında çıxış edib.

Futbolçu 2021-ci ilin yayından HIK-da çıxış edirdi. Finlandiya millisinin kapitanı olan yarımmüdafiəçi yığmada 84 oyun keçirib.

Xəbər 439 dəfə oxundu.