Azərbaycan futbolçusu UEFA-nın açıqladığı siyahıda yer alıb
2021-ci ildə milli komandada ən çox qol vuran avropalı futbolçuların siyahısı açıqlanıb.

Cədvələ UEFA-ya üzv olan 55 yığmanın ən yaxşı 16 bombardiri daxil edilib.

Siyahıya il ərzində millidə ən azı 7 qol vuranlar düşüb. “Top-16”nın zirvəsində Memfis Depay qərarlaşıb. Niderlandlı öz yığmasında 17 qola imza atıb.

Siyahıda Azərbaycan da təmsil olunub. Millimizin ən yaxşı bombardiri Emin Mahmudov Avropanın “Top-16”da yer alıb.

Yeddi qol vuran yarımmüdafiəçi 14-16-cı yerləri bölüşür. Onun şərikləri Emil Forsberq və Yoakim Mehledir.

Xəbər 364 dəfə oxundu.