Bakının “Sabah” klubu Tbilisidə üçüncü olub
Tbilisidə keçirilən futbol üzrə “Bendela Cup” turnirinə yekun vurulub.

“Sabah”ın U-12 komandası turnirin yarımfinal mərhələsində yerli “Rustavi” ilə üz-üzə gəlib. 1:1 hesablı heç-heçə başa çatan matçın penaltilər seriyasında məğlub olan komandamız üçüncü yer uğrunda oyunda turnirdəki digər təmsilçimiz “Vətən”lə qarşılaşıb. Bu görüşdən qələbə ilə ayrılan (3:1) Namiq Həsənovun yetirmələri turniri üçüncü pillədə başa vurublar.

Xəbər 720 dəfə oxundu.