Azərbaycanın qadın cüdoçuları Bakıda təlim-məşq toplanışındadır
Qadın cüdoçulardan ibarət Azərbaycan millisi Bakıdakı "Atilla" idman klubunda təlim-məşq toplanışındadır.

Hazırlıq prosesinə 30-dək idmançı qatılıb.

Yığmanın aparıcı üzvü, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı İrina Kindzerska toplanışda iştirak etmir. Ukraynalı legioner hazırda ölkəsində olduğu üçün təlimlərə qoşulmayıb. Hazırlıq prosesi dekabrın 29-da başa çatacaq.

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət millisi Göygöl Olimpiya Kompleksində təlim-məşq toplanışı keçir.

Xəbər 385 dəfə oxundu.