“Milan” klubu koronavirus səbəbindən məşqlərini onlayn keçirəcək
İtaliyanın “Milan” klubu koronavirus səbəbindən məşqlərini onlayn keçirəcək.

Bunu klubun baş məşqçisi Stefano Pioli “Sky Sport Italia”ya açıqlamasında bildirib.

O, futbolçuların “Zoom” onlayn platformasında məşqlərə qatılacaqlarını və dekabrın 30-da yenidən bir araya gələcəklərini söyləyib.

Qeyd edək ki, İtaliyanın bir neçə klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb. “Milan” A Seriyasındakı növbəti matçını yanvarın 6-da “Roma”ya qarşı keçirəcək.

Xəbər 645 dəfə oxundu.