Azərbaycan Voleybol Federasiyasının yeni baş katibi müəyyənləşib
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov və İdarə Heyətinin qərarı ilə dekabrın 24-də Fərid Xəlilov qurumun baş katibi təyin edilib.

F.Xəlilov Azərbaycan voleybolsevərlərinə tanış simadır. 2019-2021-ci illərdə “Azərreyl” klubunun prezidenti vəzifəsini icra edən F.Xəlilovun federasiyanın baş katibi vəzifəsinə seçilməsi ölkəmizdə bu idman növünün daha da inkişaf etdirilməsi üçün məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, F.Xəlilovdan əvvəl AVF-nin baş katibi vəzifəsini icra edən Cəlil Cəfərov son hesabat-seçki konfransında vitse-prezident seçilib.

Xəbər 350 dəfə oxundu.