Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasının müxbirinə müsahibəsi
Sual: Cənab prezident, son dörd ildə Azərbaycan Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsi və dünya idman federasiyaları ilə sıx əməkdaşlıgını daha da möhkəmləndirmişdir. Milli Olimpiya Komitəsinin prezidenti kimi, Siz bu fəaliyyəti necə qiymətləndirirsiniz?

Cavab: Yüksək qiymətləndirirəm. Milli Olimpiya Komitəsi doğrudan da Azərbaycanda çox böyük işlər görür. Idmanın inkişafında, Olimpiya hərəkatının inkişafında Milli Olimpiya Komitəsinin fəaliyyəti çox yüksək səviyyədədir. Bunu təkcə biz deyil, bütün beynəlxalq idman ictimaiyyəti də bilir və buna təqdirlə yanasır. Biz çalısmalıyıq ki, bundan sonra da idmançılara, məşqçilərə, idman veteranlarına gözəl şərait yaradaq ki, Azərbaycan idmançıları həmişə olduğu kimi, olkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil etsinlər.
Bilirsiniz ki, idmanın maddi-texniki bazasının güclənməsi istiqamətində də böyük işlər görülübdür. Müxtəlif yerlərdə müasir, gözəl idman qurğuları tikilib istifadəyə verilib və bu tikintilər davam edir. Azərbaycanın hər bir bölgəsində yeni idman komplekslərinin tikintisi nəzərdə tutulur. Baxmayaraq ki, idmanın kutləviliyi bilavasitə olimpiya hərəkatının səlahiyyətində deyil, amma biz buna cox boyuk diqqət yetiririk. Uşaqlar, yeniyetmələr, gənclər idmanla məsgul olsalar, həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən güclü olacaqlar.
Son dörd il ərzində Azərbaycanda idman sahəsində inkisaf sürətlə gedib - həm medallar çoxdur, həm də ümumiyyətlə, idmanda digər məsələlər də öz həllini tapır. Azərbaycanda keçirilmiş müxtəlif beynəlxalq yarışlar, dünya, Avropa çempionatları bir daha göstərir ki, biz idman ölkəsi kimi dünyada artıq yüksək yerə malikik.

Sual: Cənab prezident, Sizin bir necə il əvvəl dediyiniz sözlər idman ictimaiyyətinin yaddaşında dərin iz buraxmışdır: növbəti Olimpiya oyunlarına cəmi üc il qalır...

Cavab: Bəli, mən bunu bu gün də dedim - təxminən, cəmi dörd il qalır. Əlbəttə, bu, elə prosesdir ki, dayanmaq olmaz, hansısa ugurları əldə edib onlarla kifayətlənmək olmaz. Daimi proses getməlidir. Əgər biz istəyiriksə ki, Azərbaycan beynəlxalq yarışlarda daim yüksək yerlər tutsun, idmancılarımız qələbə qazansınlar, onda bu proses daim getməlidir. Federasiyalar, idman cəmiyyətləri, nazirlik, Milli Olimpiya Komitəsi, idmançılar, idman mütəxəssisləri - hamımız birlikdə çalışmalıyıq. Ancaq bu təqdirdə ugurlar olacaqdır. Bu birlik Azərbaycanda var. Başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda idmanla məşğul olan bütün qurumlar vahid proqram çərçivəsində fəaliyyət göstərirlər. Əminəm ki, bizim uğurumuzun əsas səbəbi də məhz bundadır. Çində keçiriləcək Olimpiya Oyunlarına hazırlıq artıq başlayıbdır. Mən ümid edirəm ki, idmançılarımız ölkəmizi Çində keçiriləcək Olimpiya Oyunlarında da ləyaqətlə təmsil edəcəklər.

28 dekabr 2004-cü il

Xəbər 2602 dəfə oxundu.