Uşaqlar arasında “Olimpiya ümidləri” adlı açıq karate birinciliyi keçiriləcək
Dekabrın 25-26-da Vətən müharibəsində tarixi Zəfərin ildönümünə həsr olunmuş uşaqlar arasında “Olimpiya ümidləri” adlı açıq karate birinciliyi keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsindəki İdman-sağlamlıq klubunda keçiriləcək yarışda 6-13 yaşlı qızlar və oğlanlar fərdi kata və kumite yarışlarında mübarizə aparacaqlar.

Federasiyanın təqvim planı üzrə keçiriləcək ilin sonuncu turnirində respublikanın müxtəlif bölgələrindən klubların yetirmələri iştirak edəcəklər.

Xəbər 416 dəfə oxundu.