Teqbol üzrə Azərbaycan kuboku yarışının qalib və mükafatçıları müəyyənləşib
Teqbol üzrə ilk Azərbaycan kuboku yarışının qalib və mükafatçıları müəyyənləşib.

Turnirin final mərhələsində “Marafon” komandası “Keşlə” ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən oyunda “Marafon” teqbolçuları “Keşlə” kollektivini 2:1 hesabı ilə məğlub edərək ilk Azərbaycan kuboku yarışının qalibi olublar. Üçüncü yer uğrunda isə “Adaş” yığması “Bakı” komandasına 2:1 hesabı ilə qalib gələrək üçüncü yeri qazanıb.

Azərbaycan kuboku yarışı Gənclər və İdman Nazirliyinin dəstəyi, Futnet və Teqbol federasiyalarının təşkilatçılığı ilə keçirilib.

Turnirin qaliblərinə pul mükafatları, kubok, medal və diplomlar təqdim edilib.

Yarışın bütün iştirakçıları isə sertifikatlarla təltif olunublar.

Xəbər 633 dəfə oxundu.