Eltac Səfərli İspaniyada şahmat festivalında 7-ci yeri tutub
İspaniyanın Sitjes şəhərində keçirilən şahmat festivalı başa çatıb.

Turnirdə ən yaxşı nəticəni Eltac Səfərli göstərib. Belə ki, festivalın güclü A turnirində mübarizə aparan şahmatçımız 10 turda 7,5 xal toplayaraq 7-ci pillədə qərarlaşıb. Azərbaycan şahmatçılarından Aydın Süleymanlı 7 xalla 19-cu, Məhəmməd Muradlı 6,5 xalla 26-cı olub.

İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edib ki, onlardan da 55-i qrossmeysterlər olub.

Xəbər 778 dəfə oxundu.