“Azərreyl”in qatılacağı IV beynəlxalq turnirin təqvimi açıqlanıb
“Azərreyl”in qatılacağı Aqata Mroz-Olşevskayanın xatirəsinə həsr olunan IV beynəlxalq turnirin təqvimi açıqlanıb. Polşada Bakı təmsilçisi ilk oyununu Rusiyanın “Dinamo” (Moskva) klubuna qarşı keçirəcək.

Ardında rəqibimiz Serbiyanın “Srvena Zvezda” komandası olacaq. Alessandro Çiappininin yetirmələri son sınağında isə Çempionlar Liqasında rəqibləri olan Polşa “Tauron”ı ilə münasibətlərinə aydınlıq gətirəcəklər.


14 sentyabr
20:30. “Azərreyl” - “Dinamo”
23:00. “Tauron” - “Srvena Zvezda”

15 sentyabr
17:30. “Srvena Zvezda” - “Azərreyl”
20:30. “Tauron” - “Dinamo”

16 sentyabr
13:00. “Dinamo” - “Srvena Zvezda”
15:15. “Tauron” - “Azərreyl”

Xəbər 934 dəfə oxundu.