Bu gün teqbol üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşəcək
Dekabrın 23-də teqbol üzrə Azərbaycan kuboku yarışının qalibləri müəyyənləşəcək.

Əvvəlcə dörddəbir final oyunları keçiriləcək. Bu mərhələdə “Gənclərbirliyi 1” “Marafon”, “Bakı” “Xilə”, “Adaş” “Qarabağ”, “Keşlə” isə “Meqa” komandaları ilə mübarizə aparacaq. Bu gün, eyni zamanda, yarımfinal və final mərhələləri təşkil ediləcək.
Azərbaycan kuboku yarışı Gənclər və İdman Nazirliyinin dəstəyi, Futnet və Teqbol federasiyalarının təşkilatçılığı ilə keçirilir.
Turnirin qaliblərinə pul mükafatları, kubok, medal və diplomlar təqdim ediləcək.
Yarışın bütün iştirakçılarına sertifikatlar veriləcək.

Xəbər 326 dəfə oxundu.