Formula 1 çempionu ölkəsində ilin idmançısı seçilib
Formula 1 çempionu ölkəsində ilin idmançısı seçilibMaks Ferstappen
Niderlandda ilin ən yaxşı idmançısı bəlli olub.

Bu ada Formula 1 üzrə dünya çempionu olan “Red Bull” komandasının pilotu Maks Ferstappen layiq görülüb.

24 yaşlı sürücü səsvermədə velosiped idmanı üzrə ikiqat olimpiya çempionu Harri Lavreysen və Tokio-2020 Yay Olimpiya Oyunlarının BMX üzrə qalibi Nik Kimmannı üstələyib.

Qeyd edək ki, Maks Ferstappen karyerasında ilk dəfə dünya çempionu olub.

Xəbər 552 dəfə oxundu.