Millimiz FIFA-nın reytinqində mövqeyini qoruyub
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Ötən ay açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1139 xalla 120-ci pillədə qərarlaşıb.

Reytinq cədvəlinə 1828 xalla Belçika millisi başçılıq edir. Braziliya yığması 1826 xalla ikinci, Fransa isə 1786 xalla üçüncüdür.

Qeyd edək ki, növbəti siyahı gələn il fevralın 10-da açıqlanacaq.

Xəbər 622 dəfə oxundu.