Premyer Liqanın IV turunun oyun cədvəli açıqlanıb
Premyer Liqanın IV turunun oyun cədvəli açıqlanıb. 5 oyunun keçiriləcəyi tur 3 gün ərzində baş tutacaq.
“Xəzər Lənkəran” – “Simurq” oyunu təxirə salındığından və “Neftçi” –AZAL qarşılaşması 1 gün sonraya keçirildiyindən turun ilk 2 gününün hərəsində 1 qarşılaşma olacaq.

Sabah “Dalğa Arena”da start götürəcək tur 2 gün sonra “AZAL Arena”da bitəcək.

24 avqust (cümə)

20:00. “Qarabağ” – “Rəvan”
“Dalğa Arena” stadionu

25 avqust (şənbə)

18:00. “Turan” – “İnter”
Tovuz şəhər stadionu

26 avqust (bazar)

19:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu

20:00. “Bakı” – “Kəpəz”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

20:15. AZAL – “Neftçi”
“AZAL Arena” stadionu

Xəbər 1023 dəfə oxundu.