AMADA son beş ildə 6260 test nümunəsi götürüb
AMADA son beş ildə 6260 test nümunəsi götürüb. Bunlardan 5400-ü yerli, 860-ı isə beynəlxalq sifarişlər üzrə həyata keçirilib.

Bu sözləri Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli dekabrın 23-də təşkil olunan mətbuat konfransında deyib.

Ş.Hüseynli bildirib ki, hesabat dövründə 76 qayda pozuntusu qeydə alınıb və 9 idmançı barəsində xüsusi qərar qəbul olunub.

Xəbər 408 dəfə oxundu.