Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının prezidenti Abbas Hünbətova növbəti dəfə etimad göstərilib
Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının prezidenti Abbas Hünbətova növbəti dəfə etimad göstərilib.

A.Hünbətova Beynəlxalq Şinşidokan-kai Təşkilatı tərəfindən “şıxan” sertifikatı təqdim olunub.

Azərbaycanlı mütəxəssis mərkəzi Pakistanın Kəraçi şəhərində yerləşən beynəlxalq idman qurumunun təsisçisi və rəhbəri Şahzada Salim tərəfindən şinşidokan-kai döyüş növünün inkişafındakı xidmətlərinə görə mükafatlandırılıb.

Qeyd edək ki, Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə şinşidokan-kai idman növünün inkişaf etdirilməsinə start verilib.

Xəbər 308 dəfə oxundu.