Teqbol üzrə ilk Azərbaycan kuboku yarışı start götürüb
Bu gün teqbol üzrə ilk Azərbaycan kuboku yarışı start götürüb.

“Marafon” idman klubunun stadionunda keçirilən yarışda 12 komanda mübarizə aparır. Belə ki, A qrupunda “Gənclərbirliyi 1”, “Sabirabad”, “Xilə”, B qrupunda “Gənclərbirliyi 2”, “Marafon”, “Bakı”, C qrupunda “Gənclərbirliyi 3”, “Meqa”, “Adaş”, D qrupunda “Keşlə”, “MOİK”, “Qarabağ” komandaları qalib adı uğrunda yarışırlar.

Azərbaycan kuboku yarışı Gənclər və İdman Nazirliyinin dəstəyi, Futnet və Teqbol federasiyalarının təşkilatçılığı ilə təşkil olunur. Turnir dekabrın 23-də başa çatacaq.
Turnirin qaliblərinə pul mükafatları, kubok, medal və diplomlar təqdim ediləcək.

Xəbər 294 dəfə oxundu.