Şahmatçılarımız “Youth rapıd super fınal” turnirində uğurla mübarizə aparırlar
Yeniyetmə şahmatçılar arasında rapid üzrə FIDE onlayn Super Final yarışı davam edir.

“Youth rapıd super fınal” adlanan turnir 10, 12, 14, 16 və 18 yaş qrupunda dairəvi sistem üzrə keçirilir. Hər yaş qrupunda 6 şahmatçı mübarizə aparır. Onlardan üçü dünya kuboku, ikisi Qran-Pri seriyasından, biri isə FIDE klassik reytinqinə görə ən yaxşı oyunçu olaraq vəsiqə qazanıb. Ölkəmizi bu turnirdə Gövhər Beydullayeva, Mələk İsmayıl (18 yaş qızlar), Xəzər Babazadə (16 yaş oğlanlar) və Uğur İlyaslı (18 yaş oğlanlar) təmsil edirlər.

Səkkiz turdan sonra təmsilçilərimizdən Gövhər Beydullayeva 6,5 xal toplayaraq 18 yaşlı qızlar arasında birincidir. Bu qrupda mübarizə aparan digər iştirakçımız Mələk İsmayıl isə 3,5 xalla dördüncü yerdədir. On altı yaşlı oğlanların turnirində mübarizə aparan Xəzər Babazadə 5 xal toplayaraq liderdən yarım xal geri qalır. İlyaslı Uğur 18 yaşlı oğlanların yarışında aktivinə 1 xal yazıb.

Turnirin ümumi mükafat fondu 30 min avrodur.

Xəbər 290 dəfə oxundu.