Azərbaycan paracüdo üzrə növbəti dünya çempionatına ev sahibliyi edəcək
Azərbaycanda paracüdo üzrə növbəti dünya çempionatı keçiriləcək.

Yarış 2022-ci il noyabrın 7-9-da Bakıda təşkil ediləcək. “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq bu turnirdə 40-dan çox ölkənin aparıcı idmançılarının iştirakı gözlənilir.

Dünya çempionatı AMPK-nın təşkilatçılığı və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə baş tutacaq.

Qeyd edək ki, yarışdan əvvəl beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifat keçiriləcək.

Xəbər 431 dəfə oxundu.