Eltac Səfərli İspaniyada şahmat festivalında liderlər qrupunda mübarizəni davam etdirir
İspaniyanın Sitjes şəhərindəki şahmat festivalında Azərbaycan təmsilçisi Eltac Səfərli liderlər qrupunda mübarizəni davam etdirir.

Yarışın güclü A turnirində mübarizə aparan şahmatçımız səkkiz turda 6,5 xal toplayıb. Azərbaycan şahmatçılarından Məhəmməd Muradlı 5,5, Aydın Süleymanlı, Ülviyyə Fətəliyeva 5, Babək Cəfərli 4 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edir. Onlardan da 55-i qrosmeysterdir.

Turnir 10 turdan ibarət olacaq və dekabrın 23-dək davam edəcək.

Xəbər 297 dəfə oxundu.